Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən şagirdlər yaşadıqları rayonlara yola düşüblər

14 Noyabr 2017
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərindən, paytaxtın Xəzər, Pirallahı, Qaradağ, eləcə də Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər noyabrın 14-də Gəncə şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.

Şagirdlər Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin məsul işçiləri tərəfindən yola salınıblar.

Qeyd edək ki, 9 şəhər və rayondan olan 360 məktəbli noyabrın 11-dən 14-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib.

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.