Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hələbdə hava hücumu 53 nəfərin həyatına son qoyub

14 Noyabr 2017
Suriyanın Hələb şəhərinin qərbində yerləşən bazar hava hücumuna məruz qalıb. Nəticədə azı 53 nəfər ölüb, 60 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Yerli mənbələr Hələbə üç hava hücumunun təşkil olunduğunu bildirirlər.

Bölgədə xilasetmə tədbirləri davam etdirilir.