Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 20 hərbçi ölüb

14 Noyabr 2017
Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 20 hərbçi ölüb, 15 nəfər isə yaralanıb.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, hadisə noyabrın 13-də axşam saatlarında Qəndəhar əyalətində baş verib. Döyüşlərin təxminən bir saat davam etdiyi bildirilir.

Polisin məlumatına əsasən, qısa sürməsinə baxmayaraq bu, son illərin ən iri hücumu olub. Hərbçilərin iddiasına görə, toqquşma zamanı, həmçinin 40 silahlı məhv edilib.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.