Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya və Türkiyə prezidentlərinin Soçidə məhdud tərkibdə danışıqları başlayıb

13 Noyabr 2017
Bazar ertəsi axşam Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə məhdud tərkibdə danışıqları başlayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, liderlərin məhdud formatda söhbətindən sonra geniş tərkibdə iclas olacaq. Daha sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında Vladimir Putinlə Dağlıq Qarabağ mövzusunu da müzakirə edəcəyini bildirmişdi.