Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konqoda qatar qəzası baş verib, azı 33 nəfər ölüb

13 Noyabr 2017
Konqo Demokratik Respublikasının cənubunda yerləşən Lualaba əyalətində yük qatarının qəzaya uğraması nəticəsində azı 33 nəfər həlak olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 12-də baş verib. Qatar Konqonun ən böyük ikinci şəhəri olan Lubumbaşidən paytaxt Kinşasadan 2 min kilometr məsafədə yerləşən Luena şəhərinə gedirmiş. O, yanacaq materialları ilə dolu çənlər və ehtimallara görə, qanunsuz sərnişin daşıyırmış.

Qatar dağa qalxan zaman relsdən çıxaraq dərəyə yuvarlanıb və çənlər alışıb.