Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək

13 Noyabr 2017
Azərbaycanın 33 rayon və şəhəri 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, gənclər və idman, regional məsələlər və mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Azər Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.