Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

12 Noyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072) təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin yeddinci-on dördüncü abzasları müvafiq olaraq səkkizinci-on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Probasiya xidməti (baş idarə səlahiyyətli)”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırsın;

2.2.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.3.      Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6.      bu fərmandan irəli gələn digər məsəl

ələri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2017-ci il