Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan atıcısı beynəlxalq reytinq cədvəlində irəliləyib

11 Noyabr 2017
Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıda “Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov da yer alıb.

Güllə atıcımız ötən ayla müqayisədə mövqeyini xeyli yaxşılaşdırıb. O, 25 metr məsafəyə atəşaçmada iki rəqibini qabaqlayaraq səkkizinci pilləyə yüksəlib. İdmançımızın aktivində 842 xal var.

İdmançımız 10 metr məsafəyə atəşaçmada isə öz yerini qoruyub. Təmsilçimiz yenə də 93 xalla 29-cu sıradadır.