Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 20 faizdən çox artıb

11 Noyabr 2017
 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 3,46 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artmışdır və bütünlükdə 2016-ci il üzrə ümumi statistikanı ötmüşdür.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2 milyon sərnişin düşmüşdür ki, bunun da 504 min nəfəri daxili reyslərlə daşınmışdır.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 50,6 faizi AZAL-ın, 49,4 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,1 milyon sərnişin bu istiqamətlərə uçmuşdur.

 

“Azərbaycan”