Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət Statistika Komitəsi: pambıq qəbulu məntəqələrinə 172 min tondan çox məhsul təhvil verilib

10 Noyabr 2017

Noyabrın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 172 min 245
tondan çox məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu məhsulun 1608 tonu ötən iki gündə tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.
Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.
Pambıq tədarükündə Saatlı (23507 ton), Biləsuvar (21118,95 ton), Bərdə (17976,64 ton), Ağcabədi (16391,93 ton) və Sabirabad (15521,76 ton) rayonları irəlidədir.

AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 10-na olan operativ məlumatı təqdim edir.