Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avtomobillər üçün özünü diaqnostika edən sistem hazırlanır

08 Noyabr 2017
Yaxın iki il ərzində Massaçussets Texnologiya İnstitutunun mühəndisləri avtomobilin diaqnostikası sistemi üzərində işləri bitirməyi nəzərdə tuturlar. Belə sistemlə təchiz edilmiş avtomobilin sürücüsü mobil proqram vasitəsilə maşına lazım olan təmir, yürüş, detalların sıradan çıxması barədə məlumat əldə edəcək.

İstehsalçıların qiymətləndirməsinə görə, sistem minik avtomobillərinin sahiblərinə köhnəlmiş və nasaz detalların vaxtında əvəz olunması hesabına ildə orta hesabla 125 dollar qənaət etməyə imkan verəcək. Yük maşınları üçün bu rəqəm ildə 600 dollar təşkil edir. Hesablamaya avtomobilin qəfildən nasaz olması zamanı itirilmiş mənfəət daxil edilməyib.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, tənzimləyicilərdən daxil olan informasiyanın analizi üçün smartfonun prosessorunun gücü kifayətdir və yalnız diaqnostikanın bəzi növləri üçün kompüter lazımdır. Diaqnostikanın dəqiqliyi 90 faizi ötüb. Bundan başqa, sistem heç vaxt mövcud olmayan problem haqqında məlumat verməyərək yanlış məlumatlandırma testindən də keçib.

Prototip yeni şinlərin səsi və vibrasiyasını ayırd edir, hava və yağ filtlərini, işıqları dəyişdirməyin vaxtını xəbər verir. Mühəndislər sistemi yoxlamaq üçün avtomobilləri icarəyə götürüblər, onları qəzalı vəziyyətə gətirərək diaqnoz qoyublar, sonra isə maşınları təmir edib geri qaytarıblar.

Qeyd edək ki, sistemin onun müəlliflərindən birinin əsasını qoyduğu “Data Driven” startapı vasitəsilə bazara çıxarılması nəzərdə tutulur.