Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Geomaqnit qasırğası insanların sağlamlığına mənfi təsir göstərə bilər

25 Oktyabr 2017
Yerdə baş verən geomaqnit qasırğası mütəmadi təkrarlanan orta səviyyəli təbiət hadisəsidir. Bu qasırğalar insanların sağlamlığına mənfi təsir edə bilər. Çünki insan orqanizmi kosmik hava şəraitinin dəyişməsinə uyğunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

E.Babayev deyib: “Bu hal xroniki xəstələrə, xüsusilə ürək, qan-damar sistemi xəstəliklərinə məruz qalan insanlara daha çox təsir edir. Mütəmadi təkrarlanan qasırğalar müəyyən hallarda yaşlılara və azyaşlılara da təsir göstərir. Bu, təşvişə səbəb olmamalıdır. Bu proseslərdən qorunmaq üçün istirahət etmək, psixoloji və fiziki təsirlərdən yayınmaq lazımdır. Risk qrupuna daxil olan insanlar mütləq öz həkimləri ilə məsləhətləşib qabaqlayıcı tədbirlər görməlidirlər”.