Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kaliforniyada meşə yanğınları davam edir: ölənlərin sayı 31 nəfərə çatdı

13 Oktyabr 2017
Kaliforniyada davam edən meşə yanğınları nəticəsində 31 nəfər həyatını itirib, 400 nəfərin isə itkin düşdüyü bildirilir.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, artıq altı gündür davam edən meşə yanğınları nəticəsində 3500 ev külə dönüb. Kaliforniya ştatının Kalistoqa şəhərində 5 min nəfərin evakuasiya edildiyi bildirilir. ABŞ rəsmiləri meşə yanğınlarının dövlətə hazırda 2 milyard dollar ziyan vurduğunu elan ediblər.