Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AŞ PA-nın yeni sədri seçildi

11 Oktyabr 2017
Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) üçüncü turda səs çoxluğu ilə cənubu kiprli parlamentar Stella Kiriakidesi təşkilatın sədri seçmişdir. Bu barədə AŞ PA-nın rəsmi saytı məlumat vermişdir.

Cənubi Kiprin nümayəndəsini 132 deputat dəstəkləmişdir. Kiriakidesin rəqibi litvalı Emanuelis Zingeris idi. Cənubi kiprli deputat AŞ PA-nın sədri vəzifəsində gələn ilin yanvarınadək çalışacaq. Sonra isə AŞ PA səsvermə yolu ilə yenidən sədr seçəcək. Kiriakides 2016-cı il iyunun 20-dən bəri AŞ PA-nın üzvüdür. O həmçinin AŞ PA-nın sosial məsələlər və səhiyyə komitəsinin sədridir.