Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağcabədidə “İrəvan: gizlədilmiş həqiqətlər” filmi nümayiş etdirilib

11 Oktyabr 2017
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən yaradılmış “Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi “İrəvan: gizlədilmiş həqiqətlər” filminin Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva bu cür tarixi sənədli filmlərin böyüməkdə olan nəslin marifləndirilməsində əhəmiyyətli vasitə olduğunu bildirdi.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov  Virtual Qarabağ İKT Mərkəzi tərəfindən hazırlanan filmlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi rolu olduğunu diqqətə çatdırdı. Tarixi  mənbələr və ciddi faktlar əsasında hazırlanan “İrəvan: gizlədilmiş həqiqətlər” filminin, eləcə də digər elmi, sənədli, publisistik əsərlərin Azərbaycanın gizlədilmiş tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıdığını söylədi.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, “Virtual Qarabağ” İKT Mərkəzinin kordinatoru Nurəddin Mehdiyev Mərkəzin fəaliyyəti, istehsal etdiyi filmlər, tədbirlər, saytlar və s. haqqında məlumat verdi, mərkəzin gələcək planları haqqında danışdı.

Tədbir “İrəvan: gizlədilmiş həqiqətlər” filminin nümayişi ilə başa çatdı.

 

L.QULİYEV,

“Azərbaycan”