Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səhər yeməyən insanların arterial damarları daha tez tutulur

10 Oktyabr 2017
İspan mütəxəssislərinin apardığı araşdırmalara əsasən, səhər yeməyinin yeyilməməsi ateroskleroz riskini artırır. Səhərlər yeməyən, yaxud bir stəkan çay və ya qəhvə ilə kifayətlənən insanların arterial damarlarında kirəcləşmə prosesi baş verir. AZƏRTAC xəbər verir ki, bunu III Karlos adına Ürək-Damar Xəstəlikləri İnstitutunun alimləri müəyyən ediblər. Ateroskleroz hətta gizli dövrdə də serebral iflic və infarkt riski yaradır.

Yaşı 40-54 arasında 4 min könüllü üzərində aparılan müşahidələr zamanı arterial damarlarda tıxanmalar aşkarlanan şəxslərin hamısının səhər yemədikləri bəlli olub. Araşdırmaların rəhbəri İsidro Vila Kosta müsahibəsində qeyd edib ki, ataların dediyi “Səhər yeməyini kral, naharı şahzadə, axşam yeməyini isə kasıb kimi ye” fikri özünü bir daha doğruldub.

 

AZƏRTAC