Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kikboksçumuz Xəyal Əhmədov Almaniyada çempion olub

09 Oktyabr 2017
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, peşəkar kikboksçu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində növbəti döyüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, MMA (qarışıq döyüş növləri) və K-1 versiyaları üzrə beynəlxalq kikboksinq turnirində Azərbaycanı təmsil edən “Tank” ləqəbli Xəyal Əhmədov Kevin Keitke ilə mübarizədə qalib gələrək çempion adını qazanıb.

Xatırladaq ki, Xəyal Əhmədov 2016-cı il noyabrında erməni idmançını Almaniyada nokauta salmaqla qələbə qazanmışdı.