Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın xarici işlər naziri Gürcüstana səfər edəcək

07 Oktyabr 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisi şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.