Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

EMİN Bakıda solo-konsert proqramı ilə çıxış edəcək

07 Oktyabr 2017
Azərbaycanlı müğənni və bəstəkar EMİN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.

Biletləri www.ticketbox.az kassalarından və hesab.az saytından əldə etmək olar.

Qeyd edək ki, ifaçı konsertlərini ənənəvi olaraq ilin sonunda keçirir. Belə ki, Bakıdakı konsertdən əlavə, onun dekabrın 11-də Moskvada “Crocus City Hall”da, dekabrın 15-də isə Sankt-Peterburqda “Oktyabrskiy” böyük konsert zalında konserti planlaşdırılıb.

Müğənni sosial şəbəkə səhifəsində məlumat verir ki, tamaşaçıları çoxlu yeniliklər gözləyir.