Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb

06 Oktyabr 2017
Daim məktəb direktorlarının fəaliyyəti yoxlanılır və işinin öhdəsindən gələ bilməyənlər vəzifədən kənarlaşdırılırlar. Bundan sonra da məktəblərin idarəçiliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) diqqət mərkəzində olacaq.

Bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva AZƏRTAC-a müsahibəsində deyib.

“Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır. Bu tədris ilində 30-dək məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıblar”, - deyə M.Vəliyeva bildirib.