Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp hərbçilərlə danışıqlardan sonra “tufan” anonsu verib

06 Oktyabr 2017
ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda “tufan qopa biləcəyini” desə də, nəyi nəzərdə tutduğunu açıqlamayıb.

AZƏRTAC xəbər verir ki, Interfax agentliyi Trampın ABŞ Silahlı Qüvvələrinin rəhbərliyi ilə Ağ evdə baş tutan şam yeməyindən sonra jurnalistlərə dediyi bu cümlələri sitat gətirib: “Bilirsiniz bu nə deməkdir? Ola bilsin ki, bu, tufanqabağı sakitlikdir”.

Şam yeməyinin gedişində ABŞ-ın İranla nüvə sövdələşməsindən mümkün çıxışı və KXDR ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Jurnalistlərin “tufan” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməsi xahişinə cavab olaraq, Prezident “özünüz görəcəksiniz” deməklə kifayətlənib.