Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nanorobotlar xərçəngi müalicə edəcəklər

05 Oktyabr 2017
Koreya Respublikasının alimləri xərçəng xəstəliyinin müalicəsi üçün nanorobotlar yaradıblar.

AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, bununla da xərçəng şişlərinin müalicəsinin yeni və müasir üsulu tapılıb. Robotlar yalnız Koreyada deyil, həm də Avropa ölkələrində, Yaponiya və ABŞ-da patentləşdirilib.

Maraqlıdır ki, Koreya alimlərinin nanorobotları genetik modifikasiya edilmiş bakteriyaların əsasında yaradılaraq, əsas etibarı ilə iri bədxassəli şişlərin müalicəsində istifadə ediləcək.

Mütəxəssislərin fikrincə, xərçəngin müalicəsində robotların tətbiqi kimya terapiyası və şüalarla müqayisədə insanlar üçün daha təhlükəsizdir.