Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bilik günü”ndə ölkə ərazisində 35 dərəcə isti olacaq

14 Sentyabr 2017
Azərbaycanda sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22°, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.