Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qlen Hodl: “Qarabağ” Çempionlar Liqasında ilk dəfə yarışan komanda kimi inamlı oyun nümayiş etdirdi

13 Sentyabr 2017
“Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk dəfə mübarizə aparan komanda kimi inamlı oyun nümayiş etdirdi.

Bu fikirləri “Çelsi” və “Tottenhem” klublarının, həmçinin İngiltərə milli komandasının sabiq baş məşqçisi Qlen Hodl qarşılaşmadan sonra “BT Sport” kanalında oyunu təhlil edərkən deyib.

Ağdam təmsilçisinin matç boyunca əlindən gələni etdiyini vurğulayan Q.Hodl bildirib: “Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk dəfədir iştirak edir və bu turnirdə birinci oyununu keçirdi. Nəzərə alsaq ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasında təcrübəsi yoxdur, bu oyun onlar üçün yaxşı qiymətləndirilə bilər”.

 

AZƏRTAC