Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

B vitamininin yüksək dozada qəbulu siqaretçəkən kişilərdə xərçəng riskini artırır

12 Sentyabr 2017
Siqaretçəkən və B6 və B12 vitaminlərini yüksək dozada qəbul edən kişilərdə ağciyər xərçənginə yoluxma ehtimalı 30-40 faiz artır.

AZƏRTAC “Journal of Clinical Oncology” jurnalına istinadla xəbər verir ki, alimlər Vaşınqtonda 50-76 yaşarası 77 min kişi üzərində araşdırma həyata keçiriblər.

Elm adamları iştirakçılar arasında siqaretçəkən 3 min 200 nəfərin 139-nun ağciyər xərçəngi olduğunu bildiriblər. Bundan əlavə, B6 və B12 vitaminlərinin qəbulunun siqaretçəkən kişilərdə ağciyər xərçəngi riskini 30-40 faiz artırdığı məlum olub.

Lakin siqaretçəkən qadınlarda və siqaret çəkməyənlərdə həmin xəstəlik riskinə rast gəlinməyib.

Beləliklə, kişilərdə B12 vitamininin gündəlik normadan 11 dəfə yüksək qəbulu ağciyər xərçəngi riskini 30, B6 vitaminin qəbulu isə 40 faiz artırır. Nəticələr kişilərdə ağciyər xərçəngi, siqaret və yüksək dozada B vitamininin qəbulu arasında əlaqə olduğunu göstərir.