Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ev heyvanları saxlamaq uşaqların sağlamlığına müsbət təsiri göstərmir

06 Sentyabr 2017
ABŞ-da aparılan bir araşdırmada ev heyvanları saxlamağın uşaqların psixi və fiziki sağlamlığına müsbət təsiri olmadığı fikri irəli sürülüb.

AZƏRTAC “Anthrozoos” jurnalına istinadla xəbər verir ki, alimlər Kaliforniya ştatında it və ya pişik saxlayan 2 min 200, ev heyvanı olmayan 3 min uşaq üzərində təcrübə aparıblar. Araşdırmaya ev heyvanları olan və olmayan uşaqların psixi və fiziki sağlamlığından əlavə, ailə gəlirləri də daxil olmaqla 100-dən çox statistik ünsür daxil edilib.

Nəticədə, ev heyvanları olan uşaqların psixi və fiziki sağlamlıqlarının digərlərinə nisbətən daha yaxşı olması faktına rast gəlməyiblər. Elm adamları evdə it ya da pişik saxlayan uşaqların digər həmyaşıdlarından fərqli olaraq, diqqət azlığı kimi sağlamlıq problemlərinə tutulma riskinin yüksək ola biləcəyini söyləyiblər.