Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Babək 2020" filminin ilk tizeri ictimaiyyətə təqdim edilib

30 Avgust 2017
“Babək 2020” filmi 2020-ci ildə ekranlarda nümayiş olunacaq.

Filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədovdur.

AZƏRTAC xəbər verir ki, filmin rejissoru Zaur Tahirsoy ekran əsərinin müasir standartlara uyğun, dövrün yenilikləri əsasında çəkildiyini söyləyib. Filmin Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacağını, onlarda həm vətənpərvərlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacağını deyən rejissor çəkilişlərə Azərbaycan aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını söyləyib.

Rejissor filimdə fantastikaya daha çox yer veriləcəyini söyləyib.