Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Google” klaviaturaya yeni funksiya əlavə edib

18 Avgust 2017
“Google” şirkəti smartfonlarda mətni əl ilə yığmaq əvəzinə diktə etmək funksiyasını istifadəyə verib.

AZƏRTAC rambler.ru saytına istinadla xəbər verir ki, yeni funksiya smartfonla verbal kommunikasiya düymələri sıxmağa sərf olunan vaxta qənaət etməyə imkan verəcək. Bunun üçün “Android”də hər gün milyardlarla insanın danışdığı 119 dilin dəstəklənməsi tətbiq edilib.

Mətnin diktə edilməsinə əl ilə yığılmasından üç dəfə az vaxt sərf olunur. Şirkətin istehsalçıları “Gboard” klaviaturasına diktə etmək funksiyasını qoşublar. Bu klaviatura emojilərə keçid etmədən onları səslə yığmağa imkan verir.