Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sirli “Nibiru” planetinin Yerə yaxınlaşması iddiası dünya sakinlərini narahat etməyə başlayıb

11 Avgust 2017
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, avqust ayında tam Günəş tutulması baş verəcək. Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

AZƏRTAC Türkiyənin NTV kanalının saytına istinadla xəbər verir ki, avqustun 21-də qeydə alınacaq Günəş tutulması son 10 ilin ən əhəmiyyətli göy hadisəsi hesab olunur. Çünki Günəş tutulması yaxınlaşdıqca nəhəng bir planetin Yerlə toqquşacağı ilə bağlı iddialar da artmaqdadır. Belə ki, Günəş tutulmasını dünya üçün fəlakət hesab edən məşhur ingilis numeroloqu David Meade “Nibiru” adlı nəhəng bir planetin Yerlə toqquşacağını iddia edir. Sirli və ölüm saçan “Nibiru”nun Yerə yaxınlaşması haqqında söhbətlər artıq dünya sakinlərini narahat etməyə başlayıb.

Qeyd edək ki, növbəti Günəş tutulması isə 2035-ci ilin sentyabr ayının 2-də baş verəcək.