Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Premyer Liqasında mövsümün ilk oyununun vaxtı müəyyənləşib

07 Avgust 2017
 

Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda keçiriləcək görüşün vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da Bakının “Neftçi” və Ağdamın “Qarabağ” komandaları arasında keçiriləcək Azərbaycan derbisi avqustun 11-də saat 21:00-da başlayacaq.

Topaz Premyer Liqasının birinci turunda, həmçinin avqustun 12-də “İnter” – “Qəbələ”, bir gün sonra isə “Zirə” – “Səbail” və “Sumqayıt” – “Kəpəz” komandalarının oyunları olacaq.