Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

23 İyul 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 203, № 3, maddə 404) aşağıdakı dəyişikliklər edilsin:

1.  2.2-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilsin.

2.   Aşağıdakı məzmunda 3.4-cü və 5.4-cü maddələr əlavə edilsin:

“3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.”;

“5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz.”.

3. 6.2.7-ci maddəyə “əsasları” sözündən sonra “, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması” sözləri əlavə edilsin.

4.  Aşağıdakı məzmunda 6.2.8-1-ci və 6.4-cü maddələr əlavə edilsin:

“6.2.8-1. bu qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;”;

“6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.”.

5.  6.3-cü maddədən hər iki halda “və onun törəmə publik hüquqi şəxsin” sözləri çıxarılsın.

6.  7.5-ci maddə ləğv edilsin.

7.  8.2.5-ci maddədə “yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə” sözləri “yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına” sözləri ilə əvəz edilsin.

8.  8.3-cü maddədən “həmin orqanın təyin etdiyi” sözləri çıxarılsın.

9.  8.4-cü maddədə “Rəhbər” sözü “Bu qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, rəhbər” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il