Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mikroavtobuslarda oturacaqların yerinin dəyişdirilməsi bizi narahat edir

23 İyul 2017
 

Ölkəmiz gündən-günə inkişaf edir. Dövlət başçısının diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakı, eləcə də regionlar da öz simasını dəyişir. Şəhər və rayonlar müasirləşdikcə, insanların doğma yurdlarına məhəbbətləri daha da artır. Belə şəhərlərdən biri Gəncədir. Son illər Nizami yurdu çox böyüyüb, çox gözəlləşib.

Lakin bizi bir məsələ çox narahat edir: şəhərdaxili marşrut xətlərində istismar olunan mikroavtobuslar həm köhnə, həm də narahatdır. Sürücülər avtobuslarda sərnişinlərin sayını artırmaq üçün oturacaqların yerini dəyişir, konstruksiyalara müdaxilə edirlər. Bu isə həm təhlükəsizlik baxımından yolverilməzdir, həm də sərnişinlərin rahatlığını pozur. Belə hallar qadınların, qız-gəlinlərin avtobusa minib-düşmələrini çətinləşdirir, bəzən isə xoşagəlməz söz-söhbətə səbəb olur.

Yaxşı olardı ki, belə özbaşınalıqların qarşısı alınsın və  Gəncəyə adına, gözəlliyinə yaraşan müasir, komfortlu ictimai nəqliyyat vasitələri gətirilsin. Bu, həm gəncəlilərin, həm də şəhərimizin qonaqlarının ürəyincə olardı. 

 

Aysel SEYİDOVA,

Gəncə şəhər sakini