Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbul imtahanında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı açıqlanıb

15 İyul 2017
 

II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 14-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı” (http://eservices.tqdk.gov.az/ejurnal/) xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.