Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

01 İyul 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Rəşadət Əhməd oğlu Ağayev,

İlham Qoşunəli oğlu Əsədov.

 

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Kamil Sücəddin oğlu Bəşirov,

Kamran Hüseyn oğlu Əkbərov,

Zeynal Ağabala oğlu Zeynalov.

 

3. Rafiq Musa oğlu Cəfərov vəzifəsi dəyişdirilərək Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Vüsal Adil oğlu Cəbrayılov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

5. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-4-cü bəndləri  2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 iyun 2017-ci il