Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çili millisi Konfederasiyalar Kubokuna qələbə ilə start verib

19 İyun 2017
İyunun 18-də Rusiyada keçirilən Konfederasiyalar Kubokunun ikinci gününün son qarşılaşmasında Çili millisi Kamerun komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Cənubi Amerika çempionunun üstünlüyü ilə keçən matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən Çili komandası görüşün sonlarında vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cənubi amerikalıların heyətində 81-ci dəqiqədə Arturo Vidal və 91-ci dəqiqədə Eduardo Varqas fərqləniblər.