Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil naziri Corc Vaşinqton Universitetinin dekanı ilə bir sıra məsələləri müzakirə edib

16 İyun 2017
İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Corc Vaşinqton Universitetinin təhsil fakültəsinin dekanı, təhsil siyasəti üzrə professor Maykl Föyer ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iyunun 13-dən 16-dək Bakıda keçirilmiş “Beynəlxalq Təhsil Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüblər.

Eyni zamanda, səfər çərçivəsində M.Föyerin bir sıra məktəblərə ziyarətləri ilə bağlı fikir mübadiləsi aparılıb, təhsil sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.