Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sevinc” Türkiyədə də sevilib

04 İyun 2017
Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupu Türkiyənin Yalova şəhərində keçirilmiş Beynəlxalq Uşaq Festivalında Azərbaycanı təmsil edib. Mərkəzin müəllimi Mələk Tağıyevanın rəhbərliyi ilə festivalda uğurla iştirak edən qrup yüksək əhvali-ruhiyyə və hədiyyələrlə vətənə qayıdıb. Təmsilçilərimiz Yalova bələdiyyəsinin fəxri diplomuna layiq görülüblər.

Mingəçevirdə  festival iştirakçıları ilə görüş keçirilib. Rəqs qrupunun  üzvləri festival təəssüratlarından, türklərin onlara qardaş münasibətindən, qonaqpərvərliyindən və  uğurlu çıxışlarından danışıblar.

 

Zahid QASIMLI,

Mingəçevir