Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biləsuvarda 64 mindən çox rayon sakini pulsuz tibbi müayinələrdən yararlanıb

19 May 2017
 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, respublikada keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinə aksiyası müvəffəqiyyətlə başa çatıb.

AZƏRTAC xəbər ki, 3 ay ərzində keçirilən humanitar aksiya Biləsuvarda da uğurla yekunlaşıb.

Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Zakir Xammədov AZƏRTAC-a bildirib ki, humanitar aksiya zamanı tibbi dispanserizasiyadan keçməli olan 74 min 742 rayon sakininin 94,5 faizi (64 min 62 nəfər) müayinələrdən yararlanıb. Müayinələr zamanı 5579 nəfərin səhhətində müxtəlif xəstəliklər aşkarlanıb və onlar müalicəyə cəlb edilib. 95 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunub.