Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansının illik konfransında iştirak edir

19 May 2017
 

Kiprin cənubunda yerləşən Ayiya-Napa kurort şəhərciyində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) iki gün davam edəcək illik konfransı başlayır. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də iştirak edir. AZƏRTAC 2008-ci ildən EANA-nın üzvüdür. 

Konfransda “İnformasiya agentliklərində müstəqil jurnalistikanın maliyyələşdirilməsi və dəstəklənməsi” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə AZƏRTAC-ı agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov və Macarıstandakı xüsusi müxbiri Pərvanə Qarayeva təmsil edirlər. Onların konfransda AZƏRTAC-ın son nailiyyətləri barədə məruzə ilə çıxış etməsi nəzərdə tutulur.