Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rəcəb Tayyib Ərdoğan: Suriya üçün qapımızı döyəcəklər

18 May 2017
ABŞ Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatlarında YPG-nin iştirakına qərar verdiyi üçün Türkiyə bu əməliyyatda iştirak etməyəcək.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib bunu Vaşinqtonda türk jurnalistlərə müsahibəsində deyib. “Biz onlara (ABŞ-a) dedik ki, Rakkada terror qruplaşması ilə əməkdaşlığa düzgün qərar kimi baxmırıq... Zənn edirəm ki, onlar Suriya məsələsi üçün qapımızı döyəcəklər”, -deyə Ərdoğan qeyd edib.

ABŞ Prezidenti Donald Trampla görüşünün yekunlarını şərh edən Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin (YPG) hücum edəcəyi təqdirdə Ankara digər ölkələrin rəyini nəzərə almadan birtərəfli qaydada cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Ərdoğan əlavə edib ki, Türkiyə Suriya və İraqda öz iştirakını saxlayacaq.