Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı rusiyalı turistlər arasında populyar olan 5 şəhərdən biridir

03 May 2017
“TurStat” analitik agentliyi 2017-ci ilin may bayramları günlərində rusiyalı turistlər arasında səyahətlər üçün populyar olan MDB şəhərlərini müəyyən edib.

AZƏRTAC xəbər verir ki, reytinq otellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib olunub.

Rusiyalı turistlər arasında populyar olan ilk beş şəhər sırasına Minsk, Tbilisi, Almatı, Bakı və Astana daxildir.

“TurStat”ın məlumatına görə, rusiyalı turistlər Bakıya orta hesabla 3-5 günlüyə gəlir və oteldə yaşamağa görə gündə 60 dollar ödəyirlər .