Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Zirvə” komandası futzal üzrə “Yaz turniri”nin qalibi olub

21 Aprel 2017
 

Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell”in dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. İkinci yeri “Ümüd”, üçüncü pilləni isə “Birlik” tutub.

“Zirvə” komandasının üzvü Şövkət Əsgərov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Ümüd” komandasının üzvü Elcan Əsədov olub.