Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və KİV nümayəndələri Azərbaycana vizasız gələ biləcəklər

20 Aprel 2017
 

Dördüncü İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və media nümayəndələri Azərbaycana vizasız daxil ola biləcəklər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev deyib ki, yarışları işıqlandırmaq üçün minə yaxın yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir.