Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Yevlaxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

16 Aprel 2017
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

AZƏRTAC xəbər verir ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.