Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

14 Aprel 2017
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 21-də saat 11.00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Mədəniyyət Mərkəzində ( Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.