Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məzunlarla “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda görüş

11 Aprel 2017
Aprelin 11-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Vurğulanıb ki, Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunmaları ilə bağlı ilk işgüzar panel ötən ilin dekabrında “ADA” Universitetində keçirilib. Budəfəki görüşün məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsidir.

Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri, sahibkarlar arasında işgüzar görüşlər təşkil olunub.