Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda 40 mindən çox sakin pulsuz tibbi müayinədən yararlanıb

07 Aprel 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin fevralın 15-dən başlanan növbəti kütləvi pulsuz tibbi müayinəsi İsmayıllı rayonunda da müvəffəqiyyətlə aparılır.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, 18 yaşdan yuxarı 61 min 851 nəfər sakindən 40 min 227 nəfərinin dispanserizasiyası başa çatıb. Bu da pulsuz tibbi müayinədən keçməli olanların 65 faizini təşkil edir. Müayinə edilənlərdən 579 nəfər ambulator, 157 nəfər stasionar müalicəyə cəlb olunub. 50 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. Xüsusi səyyar həkim briqadası ahıl və əlil şəxslərin müayinəsini yaşadıqları ünvanlarda aparır. Artıq 52 yaşayış məntəqəsində, 121 təşkilat və kollektivdə əhalinin müayinəsi başa çatıb.

Qeyd edək ki, kütləvi pulsuz tibbi müayinə rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Lahıc qəsəbə, İvanovka kənd xəstəxanalarında, habelə 11 kənd həkim məntəqəsində aparılır.