Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslamiada simvolik başlanğıcını Xəzərdən götürəcək

05 Aprel 2017
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban ƏLİYEVA:  “Bakı-2017”nin ruhu paytaxtdan ölkənin bütün guşələrinə yayılacaq

 

İslam mədəniyyətində mühüm yer tutan ən həyati elementlərdən biri - su Qafqaz dağlarından başlayaraq Xəzər dənizinə qədər Azərbaycanın gözoxşayan mənzərələrində silinməz iz qoymuşdur. “Xəzərdən başlayan səyahət” tədbirlərinin proqramı çərçivəsində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının ruhu paytaxtdan ölkəmizin bütün guşələrinə yayılacaq.

Səyahət aprelin 5-də Bakıdan başlayacaq. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daş salnamə muzeyində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının başlanğıc mərasiminə rəsmən start verəcək. Sonrakı 37 gün ərzində ölkənin 15 məkanında minlərlə insanı bir araya gətirəcək su mərasimləri və festivalları kimi silsilə tədbirlər böyük xalqımızın çoxşaxəli gözəlliklərini nümayiş etdirəcək. Səyahət mayın 12-də Bakı Olimpiya Stadionunda açılış mərasimi ilə başa çatacaq, çünki həmin tarixdə Azərbaycanın saf suları İslam aləminin 50-dən çox ölkəsini oyunlarda salamlayacaq.

Sizi ölkəmizin zəngin təbii xəzinəsi ilə tanış olmaq, oyunların hər kəsin ürəyində oyadacaq hissləri duymaq üçün Azərbaycan boyu bu səyahətə dəvət etməkdən məmnunam.