Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baş nazir: Azərbaycan Prezidentinin daxili və xarici siyasəti xalqımız tərəfindən dəstəklənir

17 Mart 2017
Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin referendumda qəbul edilməsi dövlətimizin başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəklənməsini bir daha sübut etdi.

AZƏRTAC xəbər verir ki, bu fikri martın 17-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə deyib.

Xalq-iqtidar birliyinin son 13 ildə iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətə çatdıran Baş nazir deyib ki, bu müddətdə ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sektoru sahəsinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb.

Baş nazir qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib. 1 milyon 677 min yeni iş yeri yaradılıb. Üç min məktəb, 600 xəstəxana, 400-dən çox turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib.