Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məhkəmə Trampın yeni miqrasiya fərmanını dondurdu

16 Mart 2017
ABŞ-ın Havay adaları ştatının Honolulu şəhərindəki federal məhkəmə Prezident Donald Trampın yeni miqrasiya fərmanının icrasına bütün ölkə ərazisində müvəqqəti olaraq qadağa qoymuşdur. ABŞ Prezidentinin bir neçə müsəlman ölkəsinin vətəndaşları üçün immiqrasiya rejimini sərtləşdirən qərarı dünən qüvvəyə minməli idi. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verir.

Tramp bu fərmanı onun əvvəlki analoji fərmanı Vaşinqton ştatının Sietl şəhərindəki federal məhkəmədə qüvvədədn salındıqdan sonra imzalamışdır. Sənədin yeni versiyası yaxın 90 gün ərzində altı dövlətin – İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişini qadağan edirdi. Trampın əvvəlki qərarı ilə müqayisədə İraq “qara siyahı”dan çıxarılmışdır. Fərman həmçinin 120 gün ərzində ABŞ-da qaçqınların qəbulunun dayamdırılmasını nəzərdə tuturdu.

Tramp Honolulu məhkəməsinin qərarını “məhkəmə səlahiyyətlərini görünməmiş şəkildə aşmaq” kimi qiymətləndirmiş və bildirmişdir ki, yeni miqrasiya fərmanının qüvvəyə minməsinə nail olmaq üçün bütün instansiyalara, hətta ABŞ Ali Məhkəməsinə şikayət etməyə hazırdır.